Wednesday, April 19, 2017

KAS-81 preparatı

KAS-81 preparati 1981-ci ildə rus alimleri terefinden ishlenib hazirlanib. Tercumesi Kislotno-Alkoloidniy Smes - 1981 demekdir. Terkibi turshu ve alkoloid qarishigindan ibaretdir. Sham (sosnoviy) qozasını təzə vaxtı yığıb qurudursan. Bu qoza turshu terkiblidir. İkinci komponent ise aci yovshandir. Onun da terkibi alkoloid terkiblidir. Yovshan iki merhelede yigilir. Teze chixanda, bir de chichek achanda. Evvelki ilden yigib qurudursan.
Sonra 1 litr suya 90 qram çiçəkli yovshan + 5 qram cavan pöhrələnmiş yovşan (15-20 sm qalxan kimi yigmaq lazimdi) + 5 qram shamin teze cucermeye baslamis qozalarinı töküb 2-3 saat vam odda saxlamaq (yaxşı olar ki qaynamasın, 80-82 C temperaturda olsa yaxşı olar), sonra 6-7 saat adyala bukub deme qoymaq lazimdir
1 litr siropa (1-1.5 nisbetinde) 30-35 ml bu demlemeden elave edib ariya vermek lazimdir. 2 gunden bir 2-4 defe vermek olar. Ariya ziyani yoxdur. Bu derman arinin hemofiline kechir Gene arinin hemofilini sooranda bu aciliqdan ya ölur. ya dushur peteyin dibine. Orda da vazelinlenmish kagiz qoyursan ki dirileri geri qayitmasin.
Varroaya qarshi istifade edilir, gənəni 80-95% tökür. Nozematozun profilaktikasi kimi yaxsi tesir edir. Arinin inkishafini stimullashdirir. Ana arinin yumurta qoymasini 30% artirir. Arinin immunitetini artirir. Yazda ve payızda istifadə etmek olar. Antibiotike ehtiyac qalmir.
Yazda 10 litr suya 1 qashiq tokub bu suyu ariya vernde ari bu suyu hevesle ichir. vitamin ve diger chatishmazligi qismen odediyi uchun arilar adi sudan daha cox buya meyl edir.
Zeif ariya 2-4 litr sirop, orta ariya 4-6 litr, guclu ariya 8-10 litr sirop ichinde bu dermani vermek olar. duzelden sonra maksimum 3 gun erzinde istifade edib qurtarmaq lazimdir, yoxsa terkibi deyishir, keyfiyyeti itir. Yaxhsi olar ele miqdarda hazirlayasiz ki bir defeye qurtarsin.
Qişhın sonunda ve erkən yazda kandiye qatilib verilen melumatlar da var.
Şəkillərdə sham qozasi, cavan aci yovshan, chicheklemish aci yovshan.


Müəllif:Shahin Jafarli

Tuesday, April 18, 2017

Yeşikləri hansı rənglə rəngləyim?

Yeşikləri hansı rənglə rəngləyim?

Əslində bu çox gözəl sualdır və cavabı da çox vacibdir.Niyə?

1. Arıxanada rəng müxtəlifliyi arıların xüsüsən də nukleuslardakı  "Ana arıların" yeşiyi səhv salma şansını azaldır. Lakin bu məsələyə tək rəng deyil həmdə yeşiklərin və nukleusların sıxlığı və istiqaməti də təsir edir.
2. Yeşiklərin temperatur rejiminə təsir edə bilir.
3. Arıxanaya girəndə adama "Ləzzət" edir. :)

Arılar insandan fərqli görür???

Bəli və bu fərq nəzərə çarpacaq qədər böyükdür.
Arılar günəş spektorunun ultrabənövşəyi (insan gözü bu rəngi seçmir) və həmçinin sarı, Yaşıl, göy və bənövşəyi rəngləri yaxşı seçir. Bir çox rənglər isə ultrabənövşəyi şuaları qaytarma dərəcəsindən aslı olaraq fərqli rang çalarları yaradırlar. Misal olaraq deyə bilərəmki göy və bənövşəyi rəngləri arılar 4 müxtəlif rəngdə görə bilər.Qırmızı rəngi qara kimi Yaşıl və narıncı rəngi isə sarı kimi görürlər.
Əyani olsun deye şəkillər əlavə etdim.

P.S. Qara rəng və Qırmızı rəng son nəticədə arı üçün heçdə eyni rəng deyil.
RN arıçılıq

ÇİÇƏK TOZU.POLEN.

ÇİÇƏK TOZU.POLEN.
POLEN ÇİÇƏKLİ BİTKİLƏRİN ERƏK ORQAN HÜCEYRƏLƏRİDİ.
İçərisində çox qiymətli maddələrdən dolayl təbiətdəki ən mükəmməl qidalarln başlnda gəlir.Təbiətdə başqa heç bir maddə polenin tərkibindəki maddələrin hamlslnl birarada tutmur.İnsan bir günlük protein ehtiyaclnl 20 qram polen qəbul etməklə tam ödüyə bilər.
POLEN ƏN ZƏNGİN PROTEİN QAYNAĞlDl
Polenin tərkibində insan sağlamllğlna yararll bilinən 22 amin turşu su, 27 çeşit mədən duzu,karbohidrat,fermentlər və flavanoidlər var.
POLENİN TƏRKİBİ
VİTAMİNLƏR:A,B1,B2,B3,B4,B5,B6,B7,B8,B9.B12,C,D,H,PP
Amin turşularl:Sistin,Lisin,Histidin,Aspartik,asit,Teonin,Qlutami asit,Prolin,Qlisin,Alanin,Valin,Methonin,İzoleysin,Leucine,Tyrosine,Phenylalanine,Truptophan,Nikotinik turşusu
İZ ELEMENTLƏR
A1,B,C1,l,Fe,Mn,Ni,Si,Ti,Zn,Cu,Ca,Mg,Na,K,S
Dad verən maddələr:ən az 8 çeşit dad verən maddə
Rəng verən maddələr: ən az 11 çeşit rəng verən maddələr
Orqanik turşular:ən az 6 çeşit turşu
Nukleun turşularl və nukleutidlər,DNA,RNA və digərləri
Enzimlər:100 çeşitdən artlq,həmçinin hormonlar,yağlar,enzimlər,
koenzimlər,steroidlər,təbii antibiotiklər.
Ş Ə F A S l
Qan artlrlr,Qəbizlikdə,Stresdə,Bronxitdə,Asmada, Xərçəngdə,Prostatitdə,Bağlrsaq mikroblarlnda,İştah artlrlr,Zehni gücləndirir,Qanda kl alvuyal saylnl 25-30% artlrlr,Hemoqlobini 15% artlrlr,Görməni gücləndirir ,Babasildə, Yüksək təzyiqi düşürür, Soyoq dəymələrdə. Halslzliğl götürür,Uşaqlarda inkişafln ləngiməsinin qarşlslnl alir.
İ S T İ F A D Ə S İ
3 yaş ilə 5 yaş arasl uşaqlarda 12 qr,6 yaş ilə 12 yaş arasl uşaqlarda 16 qr,böyüklərdə 20-35 qr.Qəbulu ildə iki dəfə olmaqla 3 ay davam edə bilər.İl ərzindədə qəbul etmək olar,qaraciyər və böyrək xəstələri həkim təyinatlyla qəbul etməlidi.
Polenə allergiyasl olanlarln qəbul etmələri məsləhət deyil.
POLEN ƏSL PROTEİNLƏRLƏ ZƏNGİN ENERJİ MƏNBƏYİDİ


Müəllif: İlgar Rəhimov

Ana arı qəbul etdirmə

Ana arı qəbul etdirmə

Güclü arl ailələrinə ana arl qəbul etdirmək hər zaman çətin olur.
Cavan arilardan ibarət kiçik ailələr isə ananl asan qəbul edirlər.Cox qiymətli və dəyərli bir ana arlnln qəbul etdirilməsi arlçl tərəfindən həmişə böyük peşəkarliq və ehtiyatliliq tələb edir.
Özümün slnaqdan keçirdiyim və nəticədən razl qaldlğlm bir üsulu
arlçl dostlarla bölüşməyi özümə borc bildim.Həmdə bu üsulda anaarl qəbul edən ailə kifayət qədər güclü olacaq.
1. Güclü bir yeşiyin yerinə boş bir yeşik qoyulur,ana bir ramka arlyla bu boş yeşikdə buraxilir.
2. Alinan yeşik arlxanada digər bir yerə qoyulur,tarlada və alinan yeşikdə olan yaşli uçuş arilarlnln hamlsl öz əvvəlki,ana olan yeşiyə qayldlr.
3. Götürülən yeşikdə qalan arilarln hamlsl uçuş etmiyən,cavan arilardan ibarət olur,və hər ehtimala qarşl yenə ana arl qəfəsdə verilir,iki gün sonra ana sərbəst buraxilir.Bu üsul ən etibarli üsul hesab edilir.
4. Əvvəlki ana olan yeşiyə çox sayda uçuş arilarl döndüyündən əlavə ramkalar verilərək yuva genişləndirilir.




                                                                                                     
Müəllif: İlgar Rəhimov