Wednesday, April 19, 2017

KAS-81 preparatı

KAS-81 preparati 1981-ci ildə rus alimleri terefinden ishlenib hazirlanib. Tercumesi Kislotno-Alkoloidniy Smes - 1981 demekdir. Terkibi turshu ve alkoloid qarishigindan ibaretdir. Sham (sosnoviy) qozasını təzə vaxtı yığıb qurudursan. Bu qoza turshu terkiblidir. İkinci komponent ise aci yovshandir. Onun da terkibi alkoloid terkiblidir. Yovshan iki merhelede yigilir. Teze chixanda, bir de chichek achanda. Evvelki ilden yigib qurudursan.
Sonra 1 litr suya 90 qram çiçəkli yovshan + 5 qram cavan pöhrələnmiş yovşan (15-20 sm qalxan kimi yigmaq lazimdi) + 5 qram shamin teze cucermeye baslamis qozalarinı töküb 2-3 saat vam odda saxlamaq (yaxşı olar ki qaynamasın, 80-82 C temperaturda olsa yaxşı olar), sonra 6-7 saat adyala bukub deme qoymaq lazimdir
1 litr siropa (1-1.5 nisbetinde) 30-35 ml bu demlemeden elave edib ariya vermek lazimdir. 2 gunden bir 2-4 defe vermek olar. Ariya ziyani yoxdur. Bu derman arinin hemofiline kechir Gene arinin hemofilini sooranda bu aciliqdan ya ölur. ya dushur peteyin dibine. Orda da vazelinlenmish kagiz qoyursan ki dirileri geri qayitmasin.
Varroaya qarshi istifade edilir, gənəni 80-95% tökür. Nozematozun profilaktikasi kimi yaxsi tesir edir. Arinin inkishafini stimullashdirir. Ana arinin yumurta qoymasini 30% artirir. Arinin immunitetini artirir. Yazda ve payızda istifadə etmek olar. Antibiotike ehtiyac qalmir.
Yazda 10 litr suya 1 qashiq tokub bu suyu ariya vernde ari bu suyu hevesle ichir. vitamin ve diger chatishmazligi qismen odediyi uchun arilar adi sudan daha cox buya meyl edir.
Zeif ariya 2-4 litr sirop, orta ariya 4-6 litr, guclu ariya 8-10 litr sirop ichinde bu dermani vermek olar. duzelden sonra maksimum 3 gun erzinde istifade edib qurtarmaq lazimdir, yoxsa terkibi deyishir, keyfiyyeti itir. Yaxhsi olar ele miqdarda hazirlayasiz ki bir defeye qurtarsin.
Qişhın sonunda ve erkən yazda kandiye qatilib verilen melumatlar da var.
Şəkillərdə sham qozasi, cavan aci yovshan, chicheklemish aci yovshan.


Müəllif:Shahin Jafarli

No comments:

Post a Comment