Yeşikləri hansı rənglə rəngləyim?
Əslində bu çox gözəl sualdır və cavabı da çox vacibdir.Niyə?
1. Arıxanada rəng müxtəlifliyi arıların xüsüsən də nukleuslardakı "Ana arıların" yeşiyi səhv salma şansını azaldır. Lakin bu məsələyə tək rəng deyil həmdə yeşiklərin və nukleusların sıxlığı və istiqaməti də təsir edir.
2. Yeşiklərin temperatur rejiminə təsir edə bilir.
3. Arıxanaya girəndə adama "Ləzzət" edir. :)
Arılar insandan fərqli görür???
Bəli və bu fərq nəzərə çarpacaq qədər böyükdür.
Arılar günəş spektorunun ultrabənövşəyi (insan gözü bu rəngi seçmir) və həmçinin sarı, Yaşıl, göy və bənövşəyi rəngləri yaxşı seçir. Bir çox rənglər isə ultrabənövşəyi şuaları qaytarma dərəcəsindən aslı olaraq fərqli rang çalarları yaradırlar. Misal olaraq deyə bilərəmki göy və bənövşəyi rəngləri arılar 4 müxtəlif rəngdə görə bilər.Qırmızı rəngi qara kimi Yaşıl və narıncı rəngi isə sarı kimi görürlər.
Əyani olsun deye şəkillər əlavə etdim.
P.S. Qara rəng və Qırmızı rəng son nəticədə arı üçün heçdə eyni rəng deyil.
RN arıçılıq
No comments:
Post a Comment